5 C
Baku
Saturday, December 14, 2024

“Fitch” deyir ki, Rusiyaya sanksiyalar Azərbaycanın qeyri-neft sektoruna investisiyaları artıracaq

“Fitch Solutions” beynəlxalq reytinq agentliyi Azərbaycana investisiyalarla bağlı proqnozunu yaxşılaşdırıb.

Belə ki, “Fitch Solutions” Azərbaycana investisiyalar üzrə artım proqnozunu 2022-ci ildəki 0,9 faiz bənddən (2011-21-ci illərdə orta hesabla 0,8 bənd) 2023-cü ildə 1,3 faiz bəndinə kimi artırıb.

“Fitch Solutions” həmçinin hesab edir ki, Ukrayna müharibəsi ilə əlaqədar olaraq Avropa İttifaqının ağır sanksiyaları fonunda Rusiya ticarətini Avropadan Şərqə yönəldib və Azərbaycanın qeyri-neft və qaz sektoru bundan faydalanıb. Belə ki, Azərbaycan və Rusiya arasında ticarət 2022-ci ilin noyabrına 23,0% (illik hesablanmış) artıb. Başqa sözlə, Azərbaycanın ümumi xarici ticarətində Rusiyanın payı 2021-ci ildəki 8,0%-dən 2022-ci ildə 12,0%-ə yüksəlib. “Fitch Solutions” Rusiyadan Azərbaycana kapital axınlarının 2023-cü ildə də güclü olacağını, qeyri-neft və qaz sektoruna investisiyaların artmaqda davam edəcəyini proqnozlaşdırıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər