10 C
Baku
Wednesday, December 11, 2024

“Fitch”: Dünya neft ehtiyatlarının 3%-i İraq Kürdüstanında yerləşir

İraq Kürdüstanında dünya neft ehtiyatlarının 3%-i və ya 50 mlrd. bareli cəmləşib. “RİA Novosti” agentliyinə istinadən, bu məlumatı “Fitch” beynəlxalq reytinq agentliyinin xammal və təbii ehtiyatlar üzrə qrupunun rəhbəri Dmitriy Marinçenko verib.

D.Marinçenko qeyd edib ki, “İraq Kürdüstanının təsdiq olunmuş ehtiyatları 50 mlrd. barelə yaxındır və İraqın məcmu ehtiyatlarının 1/3-ni təşkil edir”. Qrup rəhbərinin sözlərinə görə, hazırda regionda 600 min barel/gün neft hasil edilir.

“Regionun hasilatı artırmaq üçün böyük potensialı var. Nəzəri olaraq hasilat bir neçə dəfə arta bilər. Bunun üçün təhlükəsizlik, ixrac kanalları və investisiya qoyuluşu problemi həll edilməlidir. Regionda mürəkkəb vəziyyət diqqətə alındıqda bunun qısa müddətdə həyata keçirilməsi gözlənilmir”, – deyə Marinçenko əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər