7 C
Baku
Thursday, December 12, 2024

“Fitch” dünya ÜDM artımına dair proqnozu aşağı salıb

“Fitch” reytinq agentliyi bu il qlobal ÜDM artımı proqnozunu 0.5 faiz bəndi azaldaraq 2.4%-ə endirib, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Agentliyin verdiyi məlumata görə, Avropada qaz böhranı, yüksək inflyasiya və qlobal monetar sərtləşdirmənin kəskin sürətlənməsi qlobal iqtisadiyyata böyük təsir göstərir.

Eyni zamanda, agentlik ekspertləri hesab edir ki, Avrozona və Böyük Britaniya iqtisadiyyatları 2022-ci ilin sonunda tənəzzülə girəcək, ABŞ-da isə 2023-cü ilin ortalarında mülayim resessiya olacaq.

“Fitch” analitikləri həmçinin qeyd ediblər ki, Çinin iqtisadi dirçəlişi koronavirus pandemiyası və əmlak bazarında uzun müddət davam edən tənəzzül səbəbiylə ləngiyir. Reytinq agentliyinin ekspertlərinin hesablamalarına görə, ölkədə ÜDM-in artımının bu il 2.8%-ə qədər yavaşlayacağı, gələn il isə 4.5%-ə yüksələcəyi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər