25 C
Baku
Saturday, July 27, 2024

“Fitch”: Gələn il Azərbaycan iqtisadiyyatı 2,5% artacaq

Fitch Ratings” beynəlxalq reytinq agentliyinin proqnozlarına əsasən, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı neft bazarında tələbin bərpa olunması fonunda 2,5%, 2022-ci ildə isə 2,8% artacaq. Bu il ölkədə ÜDM COVID-19 pandemiyası və neft bazarında mövcud volatillik səbəbindən 4,2% azalacaq.

Agentlik qeyd edir ki, Azərbaycandakı bankların aktivlərinin keyfiyyəti, COVID-19 təsiri və neft qiymətlərinin enməsi səbəblərindən təzyiqlə üzləşəcək.

“Fitch”ə görə, 2015-ci il devalvasiyasından bəri Azərbaycandakı banklar hələ də köhnə aktiv keyfiyyəti problemlərindən qurtulmaqdadır və banklar agentliyin Bank Sisteminin Göstəricisi üzrə (BSI) “b” səviyyəsində qiymətləndirilirlər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər