9 C
Baku
Friday, December 13, 2024

“Fitch”: Gələn il neftə tələbatın tam bərpa olunma ehtimalı azdır

Qlobal neft və qaz bazarları 2021-ci il ərzində bərpa olunacaq, lakin əhalinin peyvənd olunmasında sürətli irəliləyiş olmadığı təqdirdə neftə tələbatın tam bərpa olunma ehtimalı azdır.

Bu barədə “Fitch” reytinq agentliyinə açıqlamasında deyilir.

Qeyd olunur ki, qlobal neft-qaz bazarı 2021-ci ildə bərpa yoluna düşəcək, lakin irəliləyişlər orta səviyyədə və qeyri-müəyyən olacaq. “Fitch” ekspertlərinin fikrincə, “OPEC+” razılaşması çərçivəsində yerinə yetirilən tədbirlər 2021-ci ildə qiymət dəyişkənliyini aradan qaldırılmasına yönəldiləcək və volatilliyin azaldılmasına kömək edəcək. Buna baxmayaraq, “OPEC+” çərçivəsində yerinə yetirilən məhdudiyyətlər 2020-ci ilin əvvəli ilə müqayisədən daha lokal və zəif səviyyədə olacaq.

Təbii qaz qiymətləri baxımından “Fitch” tələbatın yüksək olması səbəbindən qlobal ortalamanın 2021-ci ildə yüksələcəyini gözləyir, lakin qlobal mayeləşdirilmiş təbii qaz (LNG) bazarının iş qabiliyyətindən əziyyət çəkməyə davam edəcəyini qeyd edir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər