10 C
Baku
Wednesday, December 11, 2024

“Fitch” gələn il üçün Avropada qazın qiyməti üzrə proqnozunu artırıb

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2024-cı il üçün Avropada təbii qazın orta qiyməti üzrə proqnozunu artırıb.

Agentlik 2023-cü il üçün TTF indeksi (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən iri virtual satış mərkəzi) üzrə Avropada qazın qiyməti ilə bağlı proqnozunu dəyişməyib və 13 dollar səviyyəsində (1 000 kub fut üçün) saxlayıb.

Proqnoza əsasən, 2024-cü ildə TTF indeksi üzrə Avropada qazın qiyməti 1 000 kub fut üçün 12 dollar olacağı ehtimal olunur, bu da öncəki proqnoz göstəricidən 2 dollar çoxdur.

Bununla yanaşı, agentlik Avropada qazın qiyməti üzrə 2025-ci il üçün proqnozunu dəyişməyib və onu 10 dollar səviyyəsində saxlayıb.

Buna baxmayaraq, “Fitch” qeyd olunan göstərici üzrə 2026-cı il üçün proqnozunu 5 dollardan 8 dollaradək yüksəldib.

Son xəbərlər
Digər xəbərlər