2 C
Baku
Saturday, December 14, 2024

“Fitch”: Gürcüstan və Azərbaycan dəmir yolları beynəlxalq nəqliyyat dəhlizinin əsas hissəsini təşkil edir

“Gürcüstan Dəmir Yolları” SC “Azərbaycan Dəmir Yolları” ilə birgə “Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi”nin əsas hissəsini təşkil edir.

Banker.az mənbənin Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin məlumatında bildirilib.

“Fitch” “Gürcüstan Dəmir Yolları” SC-nin reytinqini “B+” səviyyəsində saxlayaraq proqnoz gözləntilərini “Stabil”dən “Pozitiv”ə doğru yaxşılaşdırıb.

Agentliyin qiymətləndirməsinə görə, “Gürcüstan Dəmir Yolları” Gürcüstanın tranzit potensialının müəyyən olunması, gələcək inkişafı və qonşu ölkələrlə iqtisadi əlaqələrin qurulmasında həlledici rol oynayır.

Qeyd olunub ki, Gürcüstanda ümumi yük daşınmalarının, təxminən, 30%-i “Gürcüstan Dəmir Yolları”nın payına düşür və şirkət tranzit daşınma axınlarında dominant mövqeyə malikdir. 2017-ci ildə “Gürcüstan Dəmir Yolları” SC-nin gəlirləri ÜDM-in 1,2%-ni təşkil edib və ölkənin ixrac xidmətlərinin, təxminən, 5%-i şirkətin payına düşüb. Şirkət həmçinin Gürcüstanda ən iri vergiödəyicisi və işəgötürənlərin siyahısına daxildir.

“Fitch” qonşu ölkələrdə gözlənilən iqtisadi artım və neft qiymətlərinin məqbul səviyyədə bərpası ilə əlaqədar olaraq “Gürcüstan Dəmir Yolları” ilə daşınma həcmlərinin mütəmadi olaraq artacağını proqnoz edir.

Report

Son xəbərlər
Digər xəbərlər