-3 C
Baku
Sunday, December 15, 2024

“Fitch” iyulda Azərbaycanın kredit reytinqinə baxacaq

“Fitch” Beynəlxalq Reytinq Agentliyi növbəti dəfə iyulun 27-də Azərbaycanın kredit reytinqinə baxacaq.

Bunu Bakıda keçirilən konfransda agentliyin inkişaf etməkdə olan suveren Avropa ölkələri üzrə direktoru Ameliye Rou (Amelie Roux) deyib.

O, təmsil etdiyi qurumun iqtisadi və qiymət artımı ilə bağlı proqnozlarını da açıqlayıb: “Bu il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 1,8%, gələn il isə 3,8% artacaq. 2017-ci ildə bu rəqəm 0,1% olub. 2018-ci ildə 9%, 2019-cu ildə isə 7% inflyasiya gözləyirik. 2017-ci ildə bu rəqəm 12,9% olub. Bu il Azərbaycanın xarici borcunun ÜDM-ə nisbəti isə 25,1%-ə çatacaq, gələn il isə 24,5%-ə düşəcək. 2017-ci ildə bu nisbət 24,6% olub. 2018-2019-cu illərdə ÜDM-də cari hesab balansı müvafiq olaraq 3 və 5,2% təşkil edəcək. Ötən il isə bu göstərici 3,1% olub”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər