12 C
Baku
Wednesday, December 11, 2024

Fitch neftin orta qiyməti ilə bağlı proqnozunu açıqlayıb

“OPEC+” üzvlərinin may ayından 2023-cü ilin sonuna qədər hasilatı sutkada 1.2 milyon barel azaltmaq qərarı qısa müddətdə neft qiymətlərinə müsbət təsir edəcək.

Bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib.

Agentlik qeyd edib ki, Rusiya neftinin ixracı ilə bağlı sanksiyalara və bank böhranının təsirləri ilə bağlı narahatlıqlara baxmayaraq, Brent nefti martın ikinci yarısında 80 dollardan aşağı ticarət edilib. Rusiya nefti və neft məhsulları əsasən Avropadan digər regionlara, xüsusən də Asiyaya yönləndirildiyi üçün sanksiyalar bazarda neft həcmini əhəmiyyətli dərəcədə azaltmayıb. “OPEC+” üzvlərinin hasilatın azaldılması qərarı isə bazarı təəccübləndirib və aprelin 3-də Brent neftinin qiyməti 85 dollara çatıb.

“Fitch” Brent qiymətlərinin 2023-cü ildə orta hesabla 85 ABŞ dolları/barel olacağını, növbəti dövrdə isə azalacağını proqnozlaşdırıb.

“Hasilatın azaldılması ilə bağlı son qərar bizim qiymət gözləntilərimizə dərhal təsir göstərmir. Qısamüddətli dövrdə neft qiymətlərində daha böyük artım olacağına inanırıq”, -deyə Agentlik əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər