8 C
Baku
Thursday, December 12, 2024

“Fitch” neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb

Beynəlxalq reytinq agentliyi “Fitch” 2023-cü il üçün “Brent” markalı neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb. Press-relizdə bildirilir ki, bu il neftin qiyməti əvvəlki 85 dollar proqnozuna qarşı 80 dollar/barel təşkil edəcək. Xatırladaq ki, “Fitch”in 2024-cü il üçün gözləntiləri bir barel üçün 75 dollar səviyyəsindədir.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

“WTI” markalı neftin qiyməti ilə bağlı proqnozlar da azalıb: bir barel üçün 80 dollardan 75 dollara düşüb. 2024-cü il üçün gözləntilər 70 dollar/barel səviyyəsində qalıb. Agentliyin izah etdiyi kimi, cari il üçün proqnozun azalması “zəif qısamüddətli tələb” və qlobal iqtisadi artımın mümkün yavaşlaması ilə bağlıdır.

Eyni zamanda “Fitch” neftin uzunmüddətli proqnozlarını artırıb. Agentlik 2025-ci ildə “Brent” neftinin qiymətinin əvvəlki 65 dollar/barelə qarşı 70 dollar, 2026-cı ildə isə 53 dollar/barelə qarşı 65 dollar/barel olacağını gözləyir. “WTI” neftinin qiyməti 2025-ci il üçün 60 dollardan 65 dollara, 2026-cı il üçün isə 50 dollardan 60 dollara qaldırılıb.

Son xəbərlər
Digər xəbərlər