Fitch Ratings beynəlxalq reytinq agentliyi Azərbaycan bankları ilə bağlı proqnoz vermişdir. Belə ki, agentlik Bank Technique və AGBank bankları üzrə reytinq proqnozunu mənfi göstəriciyə endirməyə hazırdır.
Agentliyin məlumatına görə, bu bankların hər ikisi B- səviyyəsində uzun müddətli emitent defoltuna sahibdir.
Həmçinin agentlikdən verilən məlumata görə, bu mənfi reytinq hər iki bankın fevral ayında milli valyuta ilə bağlı yaranan devalvasiya zamanı kapital həcminə qoyulan tələblərin pozulması ilə bağlıdır.
“Bank Technique və AGBank aktivlərinin keyfiyyəti də zəifdir. Belə ki, 2014-cü ilin sonunda bütün kreditlər üzrə problemli kreditlərin həcmi 27% və 30% təşkil etmişdir” – deyə məlumatda deyilir.