Beynəlxalq reytinq agentliyi Fitch Rusiyanın 31 bankının uzunmüddətli reytinqini “B” səviyyəsindən “CC” səviyyəsinə endirib.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Dəyişikliklər “Raiffeisenbank”, “MKB”, “Qazprombank”, “Alfa-Bank”, “Sberbank”, “Tinkoff” və digər kredit təşkilatlarına təsir edib. Onlar həmçinin reytinq izləmə siyahısından çıxarılıb. Bundan əlavə, Rusiyada əməliyyat mühitinin reytinqinə yenidən baxılıb, bankların sabitlik reytinqləri “CCC-“ səviyyəsinə endirilib.
Xatırladaq ki, daha əvvəl “Fitch” Rusiyanın bir çox təşkilatının reytinqini “C” səviyyəsinə endirmişdi. “C” səviyyəsi o deməkdir ki, emitent hələ də öz öhdəliklərini yerinə yetirə bilər, lakın defolt qaçılmazdır. Agentlik hesab edir ki, Rusiya tətbiq edilən sanksiyalara görə dövlət borcuna xidmət etmək imkanını itirəcək.