16 C
Baku
Tuesday, May 14, 2024

“Fitch Solutions” Azərbaycanın iqtisadı artım proqnozunu yaxşılaşdırıb

“Fitch Solutions” 2022-ci il üzrə Azərbaycanda real ümumdaxili məhsulunun (ÜDM) artım proqnozunu yaxşılaşdırıb

Bu barədə reytinq agentliyinin “Europe Monthly Outlook Presentation” hesabatının avqust sayında bildirilib.

“Fitch Solutions” real ÜDM-in artım proqnozunu 3.48%-dən (iyun göstəricisi) 5.12%-ə kimi artırıb. Agentliyin “Bloomberg Consensus”la birgə proqnozuna görə bu göstərici 2022-ci ildə 3.85% olacaq.

Agentlik 2022-ci il üzrə Azərbaycanda orta inflyasiya proqnozunu isə dəyişməyib və 7.8% olaraq saxlayıb. “Fitch Solutions”un “Bloomberg Consensus”la birgə proqnozuna görə orta inflyasiya isə bu ilin sonuna kimi 10.4% təşkil edəcək.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər