“Fitch Solutions” Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib

“Fitch Group”a aid olan “Fitch Solutions” (FS) 2024-cü il üzrə Azərbaycanda iqtisadi artım proqnozunu dəyişməyərək 2.6% müəyyən edib.

FS 2025-ci ildə isə Azərbaycanda iqtisadi artım proqnozunu 3.3%-dən 2.8%-ə endirib, 2026-cı il üzrə 3.2%, 2027-ci il üzrə isə 3.1% iqtisadi artım müəyyən edib.

“Fitch Solutions” 2024-cü il üzrə nominal ümumdaxili məhsulun (ÜDM) 98.7 mlrd. dollara, 2025-ci ildə isə 107.7 mlrd. dollara, 2026-cı ildə 117.6 mlrd. dollara, 2027-ci ildə isə 128 mlrd. dollara çatacağını proqnozlaşdırıb.

“Daha güclü neft sektorundan əldə edilən mənfəət ev təsərrüfatlarının istehlakının 2023-cü ildəki 3.0%-dən illik 4.0%-ə yüksəlməsinə töhfə verəcək. İnflyasiyanın yavaşlaması və aşağı faiz dərəcələri də istehlakçı xərclərini gücləndirəcək” – “Fitch Solutions” qeyd edib.

FS əlavə edib ki, iqtisadi artımla bağlı əsas risk neftin qiymətinin dəyişməsidir. Bu amil şirkətin proqnozlarına da təsir göstərəcək.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər