“Fitch” Beynəlxalq Reytinq Agentliyi Türkiyənin xarici valyutada uzunmüddətli kredit reytinqini “BB” səviyyəsində təsdiqləyib.
Agentliyin reytinq üzrə proqnozu isə “Mənfi”dir. “Fitch” qərarını Türkiyə iqtisadiyyatının xarici maliyyə mənbələrindən asılılığı və qeyri-sabitliyi, ölkənin valyuta ehtiyatlarının az, xarici borcunun çox olması, yüksək qiyməti artımı, siyasi və iqtisadi risklərlə izah edib.