27 C
Baku
Saturday, July 27, 2024

“Fitch”in neftin qiymətləri ilə bağlı proqnozu qənaətbaxş deyil

“Fitch” beynəlxalq reytinq agentliyi neft qiymətlərinin 2019-cu ilə qədər 60 dollar/barelə kimi artacağını ehtimal edir. RİA Novosti” agentliyinə istinadən xəbərə görə, bununla yanaşı Agentlik 2017-ci ildə neftin ucuzlaşmasının davam edəcəyini istisna etmir.

Agentliyin hesabatında həmçinin bildirilir ki, neft qiymətlərinin 65 dollar/barelə yüksəlməsi üçün isə uzun müddət tələb olunacaq. “Fitch” 2017-ci ildə neftin orta qiymətinin 45 dollar, 2018-ci ildə 55 dollar olacağını proqnozlaşdırır.

Hesabatda 2017-ci ilin ilk yarısında neft bazarında tələblə təklifin tarazlanacağı qeyd olunub. Bununla yanaşı bildirilir ki, ABŞ-da şist neft hasilatının artması və neft ehtiyatlarının artan həcmi gələn il qiymətlərin aşağı düşməsinə səbəb ola bilər və yalnız bundan sonra qiymətlər arta bilər./ Report

Son xəbərlər
Digər xəbərlər