Fiziki şəxsdən sənəd əsasında faizə borc pul götürmək – Bu nə qədər realdır?

0

Bu gün ban kreditinin alternativ olan variantlardan birini nəzərdə keçirəcəyik: fiziki şəxsdən sənəd əsasında faizə borc pul götürmək . Bu gün müəyyən kapitala malik olan insanlar – insanlara kredit verməklə pul qazanırlar. Fiziki şəxsdən sənəd əsasında faizə borc götürməyə dəyərmi və bu nələrə gətirib çıxara bilər?  Bu və digər məsələlərə nəzər yetirək. 

Deməli, tutaq ki, sizin pula ehtiyacınız var və siz banklara və ya qeyri-hökumət təşkilatlarına müraciət etmək istəmirsiniz. Bunun səbəbi çox sadə ola bilər, məsələn, pis kredit tarixçəsi ola bilər. Siz qəzetlərdən birində, internetdə və ya elanlar lövhəsində aşağıdakı təklifləri görürsünüz: 

  • Faizə borc pul verirəm
  • Fiziki şəxsdən borc pul
  • Fiziki şəxsdən sənəd əsasında borc pul
  • Fərdi kreditlər
  • və s.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Belə insanlara müraciət etməyə dəyərmi? Gəlin fiziki şəxsdən sənəd əsasında faizə borc pul götürməyin mənfi və müsbət cəhətlərinə nəzər yetirək. 

Fırıldaqçılıq

Müxtəlif internet saytlarında yerləşdirilən elanların əksəriyyəti fırıldaqçılıqdır. Buna hazır olmaq lazımdır. Çox vaxt “fərdi kreditorlar” onların hesabına müəyyən məbləğdə pul köçürməyinizi tələb edirlər, daha sonra isə yoxa çıxırlar. 

Eyni zamanda sizdən elektron cüzdan və ya plastik kart açmağı tələb edə bilərlər. Siz açdığınız elektron cüzdanı və ya plastik kartı aktivləşdirmək məqsədilə hesabınıza müəyyən məbləğdə pul köçürürsünüz, fırıldaqçılar isə bu pulları oğurlayırlar. 

Və ya öz üzərinizə aldığınız borcu qaytarmaq öhdəliyini götürərək, sənəd imzalaya bilərsiniz (məsələn, elektron poçt vasitəsilə), sonra isə aşkar edirsiniz ki razılaşdırılmış məbləğ sizin hesabınıza heç köçürülməyib. Belə halda siz pulu ala bilməsəniz də, hüquqi olaraq qarşı tərəfə borclu qalırsınız. 


!!! Əgər fiziki şəxsdən sənəd əsasında faizə borc pul götürmək istəyirsinizsə, artıq dərəcədə diqqətli olun! Bu sahədə fırıldaqçıların sayı olduqca çoxdur. Fiziki şəxsə müraciət etməzdən əvvəl mütləq onun haqqında məlumatlar axtarıb oxuyun. 

Haradan borc ala bilərəm?

Fiziki şəxsdən borc pul götürmək üçün aşağıdakı vasitələrdən istifadə edə bilərsiniz:

  • KİV -dəki və ya internetdəki elanlar
  • İxtisaslaşdırılmış internet-forumlar
  • Dost-tanışın vasitəçiliyi 
  • İmkanlı tanışlara müraciət etmək
  • Elanınızı yerləşdirmək

Borc pul: şərtlər

Fərdi şəxsdən borc pul götürmək istəyirsinizsə, qarışı tərəfin irəli sürə biləcəyi şərtlərə hazır olmalısınız. Şərtlər müxtəlif ola bilər. Kimisə sizin qazancınızla maraqlanacaq, kimisə isə notarial qaydada təsdiqlənmiş sənədlə kifayətlənəcək. 

Faizlər adətən yüksək olur, hal-hazırda bu rəqəm orta hesabla ayda 5-6% arasında dəyişir, müəyyən hallarda isə hətta 10% belə çatır. Faizlər bankda olduğu kimi qalıqdan deyil, götürdüyünüz ümumi məbləğdən hesablanır. 

Borcu qaytarmaq üçün sizə 1-2-3 ay vaxt verilə bilər. Əslində, bu əlverişli variantlardan biridir. 

!!! Bir dənə də maraqlı bir məqam: bütün ölkələrdə bu kimi əməliyyatlar qeyri-qanuni hesab olunur. Bir insanın başqa bir insana faizə borc verməsi qadağandır. Bu yalnız ödənişsiz əsasda həyata keçirilə bilər, yəni faizsiz. Tərəflər arasında sənəd imzalanır və notarial qaydada təsdiq olunur. Adətən sənəddə borcun qaytarılması şərtləri də göstərilir. Əgər siz borcu 6 aya qaytarmağı razılaşdırmısınızsa, borcu iki həftə sonra qaytarsanız belə növbəti 6 ay ərzində borc verən tərəfə faiz ödəməli olacaqsınız

Sənəddə göstərilmiş müddəaları pozduğunuz halda, kreditor yaxşı halda hüquq-mühafizə orqanlarına, ən pis halda isə kriminal fəaliyyətlə məşğul olan insanlara müraciət edə bilər. 

!!! Əgər fiziki şəxsdən faizə borc götürmüsünüzsə, bütün öhdəlikləri vaxtında yerinə yetirin. Əks halda ciddi problemlərlə qarşılaşacaqsınız. 

Daşınmaz əmlakın girov qoymaq şərti ilə borc almaq

Əgər fiziki şəxsdən böyük kredit götürməyi düşünürsünüzsə, çox güman ki daşınmaz əmlakı girov qoymalı olacaqsınız. Adətən borc götürdüyünüz məbləğ, girov qoyduğunuz daşınmaz əmlakın dəyərinin yarısını təşkil etməlidir. Bu halda borc verən şəxslər notarial qaydada təsdiq olunmuş sənədlə yanaşı, evin sənədinin nüsxəsini də tələb edirlər. 

Belə kreditlərlə daha çox ehtiyatlı olmağınız lazımdır, belə ki, öz üzərinizə götürdüyünüz öhdəlikləri yerinə yetirməsəniz, evsiz qala bilərsiniz. 

Faizə borc pul götürməyə dəyərmi?

!!! Yox, dəyməz. Birincisi, bu sizə baha başa gələcək. İkincisi, bu çox qorxuludur. Əgər pula ehtiyacınız varsa, borcu bankdan və ya hər hansısa mikro maliyyə təşkilatından götürməyiniz daha məsləhətlidir. Ümumilikdə, bütün bunlar maliyyən savadlılığının olmamasından irəli gəlir. Öz pullarını düzgün şəkildə idarə edə bilən şəxs, nə bankdan, nə də kreditordan borc pul götürmür. Kreditlər sizin maliyyə durumunuzu daha çox zəiflədəcək və ailə büdcəsi üçün əlavə yük olacaq.