-1 C
Baku
Sunday, December 15, 2024

Fiziki Şəxslərə Xidmət şöbəsinin rəisi  – “Rabitabank”ASC

Fiziki Şəxslərə Xidmət şöbəsinin rəisi
İşin təsviri: 
  • Şöbənin fəaliyyətinə rəhbərlik və nəzarət funksiyalarını həyata keçirmək;
  • Fiziki şəxslərə,  o cümlədən VİP müştərilərə hesabların açılmasını, bu hesablar üzrə əməliyyatların aparılmasını təmin etmək;
  • Mövcud müştərilərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və müştəriləri banka cəlb etmək;
  • VİP müştəri olan fiziki şəxslərə bütün növ bank məhsulu və xidmətlərinin bankdaxili qaydalara müvafiq olaraq satışını təmin etmək;
  • Müştərilərin hesabları üzrə balans və balansarxası bütün növ aktiv və passiv əməliyyatların aparılmasına rəhbərlik və nəzarət etmək;
  • Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların icrasını nəzarət etmək;
  • Müştərilərə xidmət işinin təkmilləşdiriməsinə və inkişafına dair təkliflər vermək.
Namizədlər üçün irəli sürülən tələblər:
  • Ali təhsil (maliyyə və iqtisadi təhsilli olması arzu ediləndir)
  • Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
  • Qüvvədə olan bank qanunvericiliyi və normativ hüquqi aktları bilməli;
  • Azərbaycan dilini səlis, ingilis və rus dillərini yüksək səviyyədə bilməli;
Davranış səriştələri;
  • Rəhbərlik və idarəetmə bacarığı;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Analitik düşüncəyə malik olmalı;
  • Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
  • Yaradıcı və təşəbbüskar olmalı;
  • Komandada işləmək bacarığı.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır “Fiziki Şəxslərə Xidmət şöbəsinin rəisi/ Banker.az”..
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
Son xəbərlər
Digər xəbərlər