Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 1 milyard 680 milyon manat nəzərdə tutulur.
Bu barədə Banker.az Maliyyə Nazirliyinin təqdim etdiyi “2023-ci il üçün dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı”na istinadən xəbər verir.
Bu da cari ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 195 milyon manat və ya 13.1 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə 485.4 milyon manat və ya 40.6 faiz çoxdur.
Artıma səbəb 2023-cü ildə təqdim edilmiş makroiqtisadi göstəricilərə əsasən ölkədə orta aylıq əməkhaqqının cari ildə dürüstləşmiş proqnozla nəzərdə tutulduğundan əlavə olaraq 4 faiz (orta aylıq əmək haqqı 838.3 manat gözlənilir), 2023-cü il üzrə isə 7.1 faiz (orta aylıq əmək haqqı 897.9 manat gözlənilir) artımın olması, habelə məşğul əhalinin 2022-ci illə müqayisədə 0.8 faiz, 2021-ci illə müqayisədə isə 1.7 faiz çox proqnozlaşdırılmasının nəzərə alınmasıdır.