8 C
Baku
Thursday, March 28, 2024

Fiziki şəxslərin manatda əmanətləri artıb, xarici valyutada azalıb

Azərbaycanda fiziki şəxslərin bank əmanətlərinin həcmi 2021-ci ilin noyabrın 1-inə 8 887.4 milyon manat təşkil edib.

Banker.az-n Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, əmanətlərin həcmi oktyabrın 1-inə nisbətən 49.3 milyon manat və ya 0.56%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1 017.1 milyon manat və ya 12.9% artıb.

Fiziki şəxslərin milli valyuta ilə əmanətlərinin həcmi noyabrın 1-inə 5 043.4 milyon manat təşkil edib. Bu, oktyabrın 1-inə nisbətən 58.3 milyon manat və ya 1.17%, 2020-ci ilin noyabrın 1-inə nisbətən isə 1 346.4 milyon manat və ya 36.4% artım deməkdir.

Xarici valyutada fiziki şəxslərin əmanətləri son bir ayda 9 milyon manat və ya 0.23%, illik müqayisədə isə 329.3 milyon manat və ya 7.9% azalaraq noyabrın 1-inə 3 844 milyon manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər