Türkiyənin “FLO Retailing” şəbəkəsi və Yaxın Şərqin “Daher Group” şirkəti Rusiyadakı “Adidas”ı almaq üçün danışıqlar aparır, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir. Bildirilir ki, hazırda danışıqlar ilkin mərhələdədir.
Tərəflər sövdələşmənin payıza qədər baş tutmasını gözləyirlər. 2022-ci ilin oktyabrında elan edildiyi kimi, markanın Rusiya biznesinin məhdudlaşdırılması prosesi hazırda davam edir. “İndi “Adidas” üçün əsas prioritet – bu qərardan təsirlənən işçiləri və tərəfdaşları dəstəkləməkdir”, – mesajda deyilir.
Xatırladaq ki, “Adidas” mağazaları Rusiyada 2022-ci ilin mart ayında bağlanıb.