7 C
Baku
Thursday, December 12, 2024

“FlyDubai” ölən sərnişinlərin ailələrinə 20 min dollar ödəyəcək

“FlyDubai” aviaşirkəti “Boeing 737-800” təyyarəsinin Rusiyanın Rostov-na-Donu şəhərində qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərin ailələrinə əlavə olaraq 20 min dollar ödəyəcək.

“Report” xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yerləşdirilib.
“ “Flydubai” təcili maliyyə ehtiyaclarının həlli məqsədi ilə, daşınma şərtlərimizə uyğun olaraq ailələrə hər sərnişinə görə əlavə olaraq 20 min dollar vəsaitin ödənməsi proqramını təşkil edəcək”, — deyə məlumatda bildirilir.
Dubaydan Rostova uçan “Boeing 737-800” təyyarəsi pis görüntü şəraitində eniş edən zaman yerə çırpılaraq partlayıb. Göyərtədə ümumilikdə 62 nəfər olub və onların hamısı ölüb.
Son xəbərlər
Digər xəbərlər