2 C
Baku
Sunday, December 15, 2024

“Fokal nöqtə” effekti: mahiyyəti və nümunələr

Fokal nöqtələr nəzəriyyəsi  – iqtisadiyyat üzrə 2005-ci ildə Nobel mükafatı laureatı Tomas Şellinq tərəfindən yaradılıb.

Sözügedən bu effektin mahiyyəti ondan ibarətdir ki, oyunçular eyni sosial-mədəni normaları rəhbər tutaraq çoxsaylı fəaliyyət variantlarından eyni bir variantı seçirlər. Seçilən bu variant isə fokal nöqtə adlanır.

Bu bərabərlik ona görə əldə edilir ki, öz davranış qaydalarını yaxşı bilən oyunçular ümumi, hər kəs üçün faydalı qərara nail olmaq üçün digər oyunçuların da bu qaydalara riayət edəcəyini gözləyirlər.

Bu effekt oyunçuların vahid mədəni çərçivəyə sahib olduqları halda işə yarayır. Cəmiyyətdə qəbul edilmiş institutlar nə qədər effektiv fəaliyyət göstərirsə, fokal nöqtə effekti də bir o qədər etibarlı xarakter daşıyır.

Bir neçə nümunəyə nəzər salaq:

İki oyunçu var və onlardan hər biri 1-dən 100-ə qədər 1 rəqəm deməlidir. Oyunun qaydalarına görə, səsləndirilən rəqəmlərin cəmi 100-dən az və yaxud 100-ə bərabər olarsa, oyunçular səsləndirdikləri rəqəm qədər pul alacaqlar. Əgər cəm 100-dən çox olarsa, oyunçular heç nə əldə etmir. Uduşu təmin edən bir neçə rəqəm kombinasiyası mövcuddur: 60 və 30, 90 və 10, 20 və 78 və s. Lakin böyük ehtimalla oyunçular 50 və 50 cavabını verəcəklər. Çünki bu cavab onlrın effektiv və ədalətli qərar təsəvvürlərinə uyğun gəlir.

Tutaq ki, siz dostunuzla New-York-da görüşmək barədə razılığa gəlmisiniz, lakin məkan və saatı deməyi unutmusunuz. Dostunuzla əlaqə yaratmaq mümkün deyil. Bir-birinizi necə tapa bilərsiniz? Bu problemin həll edilməsi ilə bağlı sorğuda iştirak edənlərin yarıdan çoxu dostunu Mərkəzi vağzalda günorta saat 12-də gözləyəcəklərini deyib.

Burada oyun iştirakçıları tərəfindən seçilən variantlar fokal nöqtələr hesab olunur.

Son xəbərlər
Digər xəbərlər