Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 2020-ci ilin avqust ayı ərzində satılan valyutanın həcmi açıqlanıb.
Banker.az xəbər verir ki, ilin səkkizinci ayı ərzində $478 milyon məbləğində vəsait satılıb. Öncəki ayla müqayisədə 7%-dən çox azalma deməkdir.
Qeyd edək ki, cari ilin iyul ayı ərzində $515.5 milyon məbləğində vəsait satılıb.