14 C
Baku
Thursday, November 21, 2024

Fond indeksləri: Amerika və Avropa bazarlarında əhval-ruhiyyə düşür- 17.01.2024

Ötən gün dünyanın əsas fond indeksləri ötən gün demək olar ki, hər biri qırmızı zonaya daxil oldu. ABŞ Federal Ehtiyat Sisteminin cari ildə gözləntilərdən daha ləng tərpənməsi ilə bağlı ehtimalların yüksəlməsi dolları bahalaşdırdı.

Banker.az xəbər verir ki, ABŞ dollarının 6 əsas rəqib valyuta səbəti qarşısında ölçülən indeksi son iki həftədə 100.6 bənd səviyyəsinən 103.6 bənd səviyyəsinə qədər yüksəldi. Dolların bahalaşması investorların digər maliyyə alətləri ilə bağlı risk iştahını bir qədər azaldır.

ABŞ-nin sənaye indeksi Dow Jones ötən gün daha 0.6% düşərək həftəlik enişini 0.9%-ə çatdırdı. S&P500 indeksi ötən sessiyada 0.4%, texnoloji indeks NASDAQ 0.2%-ə yaxın düşdü.

Qırmızı ekran həmçinin Avropa bazarında da müşahidə edilməkdədir. Məsələn, Almaniya DAX-ı ötən sessiyada 0.3%, Britanya FTSE-si 0.5% və Fransa CAC-ı 0.2% eniş nümayiş etdirdi.

Asiyada fərqli istiqamətlərdə indekslər hərəkət etməkdədir. Yaponiya bazarında əhval-ruhiyyə yüksək səviyyədə qalmaqdadır. NIKKEI dünən daha 0.3% artaraq aylıq artımı 0.9% üzərinə qaldırdı.

Ətraflı siyahıda:

 

32534534324324324

Son xəbərlər
Digər xəbərlər