14 C
Baku
Thursday, March 28, 2024

Fonda məxsus BOKT nizamnamə kapitalından 60 dəfə böyük bir borca girib

“Avrasiya-Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC 2020-ci ili xalis mənfəətlə başa vurub.

Banker.az xəbər verir ki, bu barədə BOKT hesabatınıda deyir.

Beynəlxalq Avrasiya Mətbuat Fonduna məxsus olan BOKT 2020-ci ildə 602 min manat faiz gəliri əldə etməklə 2019-cu ildən 12% çox olub. Kredit təşkilatının, öncəki ildə faizlər üzrə xərci çıxmamış, ehtimal olunan zərərli aktivlər üzrə ayırmalar etməyib ki, bu da qeyri-faiz xərclərini çıxdıqdan sonra vergiyə qədərki mənfəətini 213 min manat (2019: 84 min manat) üzərində olmasına gətirib çıxarıb. Beləliklə, 43 min manat mənfəət verişi ödəmiş və il üzrə 170 min manatdan çox xalis mənfəət əldə edə bilmişdir. Xalis mənfəəti 2019-cu ildə 67 min manat idi.

Bu xalis mənfəətdən sonra illərin bölüşdürülməmiş mənfəətinin həcmi 723 min manata yüksəlib.

Beynəlxalq Avrasiya Mətbuat Fondu “Avrasiya-Kredit” BOKT-u 2007-ci ildə yaradıb və cəmi 1000 manat nizamnamə kapitalına sahibdir. Azərbaycan Mərkəzi Bankının “Bank olmayan kredit təşkilatlarının prudensial tənzimlənməsi Qaydalarına” əsasən BOKT-un nizamnamə kapitalı üçün minimal tələb 300 min manatdır, lakin qeyri-kommersiya hüquqi şəxs kimi yaradılan (fond) BOKT üçün 30  min manatdır minimal tələb.

“Avrasiya-Kredit” BOKT 2020-ci il ərzində kredit portfelini 192 min manatdan 203 min manata qədər artırıb ki, nəticədə aktivlərin həcmi 303 milyon manata qədər artıb.

BORCA GİRİB…

Qeyd edildiyi kimi, 1000 manat nizamnamə kapitalına sahib olan kredit təşkilatı 2020-ci ildə maliyyə institutlarından 599 min manat borc vəsaiti cəlb edib. Bu da öhdəliklərini 647 min manata qədər artmasına səbəb olub.

İlin yekununa “Avrasiya-Kredit” BOKT-un cəmi kapitalı 238 min manata qədər artıb.

20210517040158 26021 17
©ednews.net

20210517040156 91401 17

Son xəbərlər
Digər xəbərlər