22 C
Baku
Friday, April 19, 2024

“Forbes” ABŞ-ın ən zəngin iş adamlarını açıqlayıb

“Tesla”nın rəhbəri və “SpaceX”in qurucusu İlon Mask ilk dəfə ABŞ-ın “Forbes” jurnalı tərəfindən hazırlanan ən zəngin 400 amerikalı reytinqində lider olub. Qeyd olunur ki, siyahı tərtib edildiyi zaman milyarderin sərvəti 251 milyard dollar təşkil edib. Bu, ötən illə (190.5 milyard dollar) müqayisədə 60.5 milyard dollar (+32%) çoxdur.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

“Amazon”un qurucusu Ceff Bezos isə ən varlı amerikalılar siyahısında ikincidir: “Forbes” onun sərvətini 151 milyard dollar olaraq qiymətləndirib ki, bu da ötən ilki reytinqin tərtib edildiyi vaxtdan bəri 50 milyard dollar (+25%) azdır. Jurnal yazır ki, Bezosun sərvəti “Amazon” səhmlərinin dəyərinin 20%-dən çox düşməsi səbəbindən azalıb.

ABŞ-ın ən zəngin iş adamları reytinqinin ilk onluğuna həmçinin “Microsoft”un təsisçisi Bill Qeyts (106 milyard dollar), “Oracle”ın həmtəsisçisi Larri Ellison (101 milyard dollar), investor Uorren Baffet (97 milyard dollar), “Google”un qurucuları Larri Peyc və Sergey Brin, “Microsoft”un eks-rəhbəri Stiv Balmer, iş adamı Maykl Blumberq və “Walmart” supermarketlər şəbəkəsinin sahiblərindən biri Cim Uolton daxil olub.

Qeyd edək ki, ABŞ-ın ən zəngin qadını sahibkar Devid Koxun həyat yoldaşı Culiya Kox seçilib. Culiya Kox və onun ailəsinin sərvəti 56 milyard dollar təşkil edir. Ümumilikdə, ABŞ-ın 20 ən zəngin iş adamının sərvəti 1.6 trilyon dollar olaraq qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər