20 C
Baku
Wednesday, April 24, 2024

“Forbes” dünyanın ən uğurlu vençur investorlarının reytinqini dərc edib

“Forbes USA” dünyanın ən uğurlu vençur investorlarının reytinqi – “Midas siyahısı”nı dərc edib.

İlk dəfədir ki, reytinqin lideri Alfred Linin “Sequoia” fondu olub. O, “Airbnb” və “DoorDash” xidmətlərinə investisiya sayəsində mövqeyini 31 pillə artırıb. İkinci yeri Nil Men – “Sequoia China”nın idarəedici tərəfdaşı tutub. Qeyd edək ki, daha əvvəl bu fond “ByteDance” şirkətinə sərmayə qoymuşdur. İlk üçlüyü “GGV Capital” fondunun idarəedici ortağı Hans Tunq tamamlayır.

“Midas siyahısı”na həmçinin Yuriy Milnerin qurduğu “DST Global” fondunun üç idarəedici tərəfdaşı daxil olub. Milnerin özü 2015-2017-ci illərdə Çin şirkətlərinə uğurlu investisiyalar sayəsində “Midas siyahısı”nın ilk iyirmiliyinə daxil olsa da, 2019-cu ildə reytinqdən çıxıb və bir daha seçilməyib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər