8 C
Baku
Tuesday, March 19, 2024

“Forbes”in versiyasına görə ən yüksək məvacibli aktyorun adı açıqlanıb

“Forsaj” filminin ulduzu, “Qaya” ləqəbli Dueyn Conson “Forbes” jurnalının versiyasına görə ən yüksək məvacibli aktyorların siyahısına başçılıq edib.

Bu barədə məlumat nəşrin saytında yerləşdirilib.

Məlumatda deyilir ki, aktyor bu siyahıda superqəhrəmanlar haqqında “Qisasçılar” filmindən tanış olan Kris Hemsvortu (62,9 milyon dollar) və oğul Robert Daunini (66 milyon dollar) geridə qoyub. D.Conson 2018-ci il iyunun 1-dən 2019-cu il iyunun 1-dək olan dövrdə 89,4 milyon dollar qazanıb. O, ötən ilin iyulunda “Göydələn” adlı filmdə baş rolda çəkilib. Bundan əlavə, aktyor HBO telekanalının istehsalı olan “Futbolçular” serialında oynadığı hər bir epizoda görə 700 min dollar alır.

Yüksək məvacibli aktyorların siyahısında dördüncü yeri Aşkar Kumar (65 milyon dollar), beşinci yeri Ceki Çan (58 milyon dollar) tutublar. Onların ardınca Bredli Kuper (57 milyon dollar), Adam Sendler (57 milyon dollar), Kris Evans (43 milyon dollar), Pol Radd (42 milyon dollar) və Uill Smit (35 milyon dollar) kimi aktyorlar gəlir.

AzerTag

Son xəbərlər
Digər xəbərlər