“Ford” avtokonserni əyləc sistemində olan nöqsanla əlaqədar 312,120 avtomobili geri çağırmağı planlaşırır.
Bu barədə ABŞ-nin Milli Avtomobill Yollarında Nəqliyyat Təhlükəsizliyi Administrasiyası məlumat yayıb.
Problemə səbəb avtomobillərin əyləc sistemində ani əyləc yardımçısının tormozlama məsafəsini uzatmasıdır.
Geriçağırılmanın 2025-ci ilin “Lincoln Navigator”, “F-150”, “Expedition” , “Bronco” və “Ranger” modellərinə aid olduğu bildirilir.