22 C
Baku
Sunday, April 28, 2024

“Ford” 3000 iş yerini ixtisar edir

“Ford Motor Co” elektrik avtomobil yarışında “Tesla Inc”i kemək üçün istehsalın yenidən qurulmasının bir hissəsi olaraq, əsasən Şimali Amerika və Hindistanda olmaqla ümumilikdə 3000 iş yerini ixtisar edəcəyini açıqlayıb.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Şirkətin əməkdaşlarına göndərilən elektron məktubda istehsalçının xərc strukturunun “ənənəvi və yeni rəqiblərlə müqayisədə rəqabətədavamlı olduğu” bildirilib.

“Ford”un rəqibi “General Motors Co” 2018-ci ilin sonunda 14 000 iş yerini ixtisar etməyə qərar verib.

Akkumulyatorların, xammalların və daşınma qiymətlərinin artması “Ford” və digər avtomobil istehsalçılarına əlavə təzyiq göstərir. Bununla belə, “Ford” inflyasiya səbəbindən 3 milyard dollardan çox xərcə baxmayaraq, illik qazanc proqnozuna sadiq qalır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər