“Ford” şirkəti ilk elektrikli pikapını təqdim edib. Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir. Bildirildiyi kimi, model standart F-150 əsasında qurulub.
Pikap 2022-ci ildə satışa çıxarılacaq və iki versiyada əlçatan olacaq: 230 mil (370 km) və 300 mil (483 km) məsafə qət edən modellər. Birincinin qiyməti 39 min dollardan, ikincinin qiyməti isə 50 min dollardan başlayır.
Qeyd edək ki, “Ford” 100 dollar depozit ilə artıq sifariş qəbul etməyə başlayıb. Əlavə ödəniş qarşılığında avtomobilin yükünü müəyyənləşdirə və qalan məsafəni yenidən hesablaya bilən elektron sistem sifariş etmək mümkündür.
Bundan əlavə, avtomobilə “BlueCruise” avtopilot sistemini quraşdırmaq mümkündür, hansıki bəzi yollarda əlləri sükan üzərindən götürməyə imkan verir. F-150 dörd saniyədə 60 mil / saat (97 km / s) qədər sürətlərə bilər və 150 kVt sürətli şarj dəstəkləyir.
“Ford”un istehsal etdiyi bu avtomobil “Tesla”nın “Cybertrack” və “General Motors”un “Rivian” modeli ilə rəqabət edəcək.