12 C
Baku
Wednesday, December 11, 2024

“Ford” pikap istehsalını artırmaq üçün 1 milyard dollar investisiya qoyacaq

ABŞ-ın avtomobil istehsalçısı “Ford Motor” şirkəti “Ranger” modeldən olan pikapların istehsalını artırmaq üçün Cənubi Afrikadakı müəssisələrinə 1,048 milyard dollar investisiya qoyacaq.

Bu barədə “Reutrs” agentliyinə istinadən xəbər verilir.

Məlumata görə, həmin vəsaitin 683 milyon dolları Pretoriya şəhərinin ətrafındakı zavodda texnologiyaların yenilənməsinə və yeni obyektlərə, 365 milyon dolları isə əsas təchizatçı fabriklərində alətlərin yenilənməsinə xərclənəcək.

Şirkət investisiya qoyluşu ilə zavodun istehsal gücünü 168 min avtomobildən 200 min avtomobilə çatdırmağı hədəfləyir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər