19 C
Baku
Sunday, April 28, 2024

“Ford” Rusiyadakı fəaliyyətini dayandırır

Amerikanın “Ford” korporasiyası Ukrayna hadisələri ilə əlaqədar Rusiyadakı fəaliyyətini dayandırır.

Müvafiq bəyanat çərşənbə axşamı şirkətin saytında dərc olunub.

“Mövcud vəziyyətlə əlaqədar olaraq bu gün birgə müəssisə tərəfdaşlarımıza bildirdik ki, Rusiyadakı fəaliyyətimizi bundan sonra növbəti bildirişə qədər dayandırırıq”, – mətndə deyilir.

Eyni zamanda, bəyanatda qeyd olunur ki, “Ford” bir neçə ildir Rusiyada işləri azaldır. “Bizim fəaliyyətimiz kommersiya furqonlarının istehsalı və “Sollers Ford” birgə müəssisəsində azlıq payı vasitəsilə Rusiyada satışla məhdudlaşdı”, – məlumatda bildirilir.

“Ford” həmçinin ukraynalıları dəstəkləmək və humanitar məqsədlər üçün xüsusi fonda 100 min ABŞ dolları köçürmək niyyətində olduğunu bildirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər