20 C
Baku
Sunday, May 26, 2024

Ford şirkəti BlackBerry-nin 400 mühəndisini işə götürəcək

Banker.az saytının The Wall Street Journal-a istinadən verdiyi xəbərə görə, Ford avtomobil şirkəti, telefon istehsalçısı BlackBerry şirkətinin 400 mühəndisini internet texnologiyalarının avtomobillərə tətbiq edilməsi məqsədilə işə götürməyi planlaşdırır.

BlackBerry şirkətinin Floridada olan 100 və şirkətin Kanadadakı filialında çalışan 300 əməkdaşı Ford şirkətinə keçəcək. BlackBerry şirkəti bildirib ki, ştatın bir hissəsinin köçürülməsi şirkətə biznesini transformasiya etməyə kömək edəcək. Şirkət daha əvvəl elan etmişdi ki, mobil cihazların istehsalından imtina edir və proqram təminatının yaradılması və satışı ilə məşğul olmağa qərar verib. Müqavilənin maliyyə tərəfi isə hələ ki, açıqlanmır.

Qeyd edək ki, daha əvvəl isə Ford şirkəti 2020-ci ilə qədər elektronəqliyyat sahəsində yeniliklərin yaradılmasına 4,5 milyard dollar sərmayə yatırmaq niyyətində olduğunu elan etmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər