1948-ci ildə professor-psixoloq Bertram Forer maraqlı psixoloji eksperiment keçirir. O öz tələbələrinin şəxsiyyətini təhlil etmək üçün onlara xüsusi hazırlanmış test verir.
Eksperimentin əsas məqsədi isə ondan ibarət idi ki, əslində professor heç bir təhlil aparmayacaqdı. Professor öz tələbələrinə əsl testin əvəzinə adi ulduz falından götürülmüş eyni bir mətni təqdim edir.
Mətn təxmini olaraq bu sözlərdən ibarət idi: “İnsanların sizi sevməsinə və sizə valeh olmalarına ehtiyacınız var. Siz kifayət qədər özünütənqidə meyillisiz, sizin hələ də istifadə etmədiyiniz kifayət qədər çox gizli imkanlarınız var. Lakin bununla belə bir çox fərdi zəiflikləriniz də var. Siz intizamlısınız, görünüşcə özünə əmin təsir bağışlayırsınız. Əslində isə tez həyəcanlanmağa və inamsızlıq hisslərinə meyillisiniz. Tez-tez hansısa qərarə verərkən şübhələrə qapılırsınız. Bununla yanaşıs sərbəst şəkildə düşünə bildiyiniz üçün özünüzlə fəxr edirsiniz. Kifayət qədər sübut olmadan başqalarının fikirlərinə inanmırsınız. Bəzən siz xoşagələn və dostcanlı, bəzən isə ehtiyatlı və təmkinlisiniz. İstəklərinizin bəziləri olduqca qeyri-realdır. Əsas məqsədlərinizdən biri sabitlikdir”.
Daha sonradan o hər tələbəyə öz şəxsiyyətlərinin təsvir edilməsini 5 ballıq sistemlə qiymətləndirməyi təklif edir. Orta qiymətləndirmə balı isə 4,26 bal olur. Bu eksperiment sonradan yüz dəfələrlə təkrar edilib. Bununla belə, Bertram Forer sübut etmişdir ki, insanın xarakterini təsvir etmək üçün hər hansı bir biliyə sahib olmaq vacib deyil. Əsas olan bu proqnozun xüsusi olaraq onun üçün hazırlandığını, onun xüsusiyyətlərinin əks olunduğunu demək, bu proqnoz üzərində psixoloq alimlərin işlədiyini bildirmək kifayətdir. Bu proqnozlar mütləq pozitiv, mənfi xüsusiyyətlərsiz və tənqidsiz olmalıdır. Bu insanların psixoloqlara və astroloqlara etibar etməsinə kifayət edir.