9 C
Baku
Friday, December 13, 2024

Forex-lə bağlı ən maraqlı faktlar

Banklararası valyuta mübadiləsi zamanla daha çox populyarlıq qazanır. Bütün dünya üzrə bir çox insanlar Forex-də gəlir qazanmağı öyrənir və əhəmiyyətli qazanc əldə edir.

Aşağıda sizə Forex-lə bağlı ən maraqlı faktları təqdim edirik. Bu faktlar tək yeni başlayanlar üçün deyil, daha təcrübəli treyderlər üçün də maraqlı olacaq.

Forex nədir? Forex – “FOReign Exchange” söz birləşməsindən yaranıb və tərcümədə “xarici valyuta mübadiləsi” deməkdir. Forex-in əsas tapşırığından birinə misal olaraq beynəlxalq maliyyə sistemlərinin işini sadə və sürətli valyuta dönmələrinin köməyi ilə yüngülləşdirməkdir.

1. 1977-ci ildə Forex valyuta birjasında bütün vəsaitlərin dövriyyəsi 5 milyard dollar idi. 2010-cu ildə isə bu məbləğ 4 trilyon dolları keçmişdi. Ekspertlər əmindirlər ki, 2020-ci ildə gündəlik valyuta əməliyyatlarının məbləği 10 trilyon dollara qədər yüksələcək.

2. Forex valyuta birjası Yer kürəsinin bütün nöqtələrini əhatə edir. Lakin əsas ticarət mərkəzləri Tokio, London, Frankfurt, Nyu-York, Sidney kimi şəhərlər hesab edilir. Forexdə ən “qaynar” valyuta ABŞ dolları hesab edilir. O valyuta bazarındakı müqavilələrin 90%-də iştirak edir.

3. 2012-ci ildə İslam dininə etiqad edənlərin Forex birjasında ticarət həyata keçirməsi qadağan edilmişdi. Belə bir qərar Malayziya İslam hökumətinin Milli şurasında qəbul edilmişdi.

4. Valyutaya investisiya etmək istəyən və eyni zamanda böyük risklərlə üzləşmək istəməyən treyderlərə İsveçrə frankına sərmayə etmək ən ideal variant kimi təklif edilir.

Son xəbərlər
Digər xəbərlər