Azərbaycanda daha bir nizamnamə kapitalı 1 milyon manat olan yeni bank olmayan kredit ittifaqı yaradılıb.
Banker.az xəbər verir ki, bu, Bank Olmayan Kredit Təşkilatı “ForFinance” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
BOKT “ForFinance” yanvar ayında Abşeron Rayonu, Masazır, İstiqlaliyyət, ev 54, m. 41 ünvanında dövlət qeydiyyatına alınıb.
Onun direktoru Azər Azadov Fikrət oğludur.
Azərbaycanda BOKT-lərə lisenziyanı Azərbaycan Mərkəzi Bankı təqdim edir. Mərkəzi Bankın son dəyişikliyinə əsasən, BOKT-lər üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılıb. Belə ki, kapital tələbi kommersiya hüquqi şəxs formasında yaradılan BOKT-lər üçün 300 min manatdan 1 milyon manata, qeyri-kommersiya hüquqi şəxs formasında yaradılan BOKT-lər üçün isə 30 min manatdan 100 min manata çatdırılıb. İndiyə qədər qüvvədə olan kapital tələbi ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının 7 iyul 2017-ci ildə təsdiqlədiyi “Bank olmayan kredit təşkilatlarının prudensial tənzimlənməsi Qaydaları”nda öz əksini tapmışdı.
Xatırladaq ki, AMB keçən il üç BOKT-yə — “PAYONİX BOKT” MMC, “E-Kredit BOKT” MMC (Naxçıvanbank-ın hüquqi varisi) və “İRŞAD BOKT” MMC-yə lisenziya təqdim edib. Bununla da ölkədə BOKT-lərin sayı 57-yə yüksəlib.