6 C
Baku
Sunday, December 15, 2024

“Fortune 500” şirkətlərinin yarısı süni intellektdən ehtiyat edir

Ən böyük ABŞ şirkətlərinin yarıdan çoxu süni intellekti (AI) risk faktoru kimi göstərir. Məlumata görə, “Fortune 500” şirkətlərinin 56 faizi (281) illik hesabatlarında süni intellektin təhlükələrini sadalayıb. Müqayisə üçün: 2022-ci ildə bu rəqəm 9% olub.

Media və əyləncə (92%), texnologiya və proqram təminatı (86%), o cümlədən telekommunikasiya şirkətləri (70%) süni intellektin potensial mənfi təsirindən xüsusilə narahatdır.

Qeyd olunan risk faktorları arasında bəzi şirkətlərin süni intellekt imkanlarından digərlərinə nisbətən daha səmərəli istifadə edəcəyi şəraitdə artan rəqabət, eləcə də maliyyə xərcləri göstərilir, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Digər risklərə mümkün reputasiya, o cümlədən bu cür texnologiyalardan istifadənin etik problemləri, əməliyyat çətinlikləri və kibertəhlükəsizlik sahəsində əlavə təhdidlər daxildir.

Son illərdə xüsusilə populyar olan generativ süni intellekt texnologiyalarını şirkətlərin 21%-i qeyd edib. Sorğuda iştirak edən şirkətlərin üçdə biri süni intellekt haqqında müsbət mənada danışıb, üçdə ikisi isə onu risk faktoru kimi xarakterizə edib.

Son xəbərlər
Digər xəbərlər