14 C
Baku
Thursday, November 27, 2025

“Foxconn” ABŞ-nin süni intellekt infrastrukturuna $569 milyon sərmayə qoyur

Tayvanın “Hon Hai Precision Industry Co.” (“Foxconn Technology”) şirkəti Viskonsin ştatı hakimiyyətindən süni intellekt texnologiyalarını dəstəkləyən infrastrukturun inkişafına investisiya üçün icazə alıb.

Şirkətin məlumatında deyilir ki, “Foxconn” Rasin dairəsindəki fəaliyyətini genişləndirmək üçün 569 milyon dollar sərmayə yatıracaq.

Son bir neçə ildə “Foxconn” Viskonsindəki biznesinə 2 milyard dollardan çox vəsait yatırıb və server istehsalı sahəsində təxminən 1,5 min iş yeri yaradıb.

Bu ilin əvvəlindən şirkətin kapitallaşması 13,4% azalıb.

Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ-ın süni intellekt startapı “Anthropic” Texas və Nyu-York da daxil olmaqla, bir neçə ştatda süni intellekt üçün öz data-mərkəzlərini qurmaq məqsədilə 50 milyard dollar sərmayə qoymağı planlaşdırır.

“Amazon Web Services” isə yaxın altı il ərzində Cənubi Koreyaya əlavə 7 trilyon von (4,89 milyard dollar) sərmayə yatırmağı planlaşdırır.

Vəsait 2025–2031-ci illər ərzində ölkədə Sİ infrastrukturunun genişləndirilməsinə yönəldiləcək. Həmçinin bildirilir ki, aparıcı şirkətlərin Sİ infrastrukturuna xərcləri 2029-cu ilə qədər 2,8 trilyon dolları ötəcək.

Son xəbərlər
Digər xəbərlər