ABŞ-da Franklin D. Ruzveltdən başqa heç vaxt heç bir siyasi xadim yüksək prezident postuna dalbadal dörd müddətə seçilməmişdir.
“Bizim qorxunun özündən başqa qorxacağımız heç nə yoxdur” (we have nothing to fear but fear itself) ifadəsini Ruzvelt Böyük depressiyanın nəticələri haqqında söhbət getdikdə dəfələrlə təkrar edirdi. O, eksperimentlərə cəsarətlə gedir, yeni formalar axtarırdı (ictimai işlər, sosial təminat, ədalətli rəqabət məcəlləsi, qiymətlər üzərində nəzarət, işsizlərə, fermerlərə yardım və sair).
Birləşmiş Millətlər Təşkilatının yaradılması da tarixi xidmət kimi məhz F. Ruzveltə məxsusdur. Prezident Ruzveltin fəaliyyəti ancaq beynalxalq tarixi hadisələrdə deyil, onun fəaliyyəti həmçinin XX əsrin otuzuncu illərində ABŞ-da baş vermiş böhran və depressiyanın ağır nəticələrinin öhdəsindən gəlmə planında daxili sosial-iqtisadiyyat sahəsində də dərin iz qoymuşdur. Bu siyasətin müxtəlif təcrübələri və dərsləri böyük əhəmiyyət kəsb edirlər və son illər ərzində ölkəmizin rastalşdığı iqtisadi və sosial problemlərlə çox halda uyğunlaşırlar.
Franklin Delano Ruzveltin həyatının əsas tarixləri
Uşaqlıq və gənclik illəri
O, 1882-ci ilin 30 yanvarında varlı ailədə anadan olmuşdur: atası – Ceyms Ruzvelt, anası – Sara Delano idi. Uşaqlıq illərini Nyu-Yorkun paytaxtı Olbani şəhəri ilə Nyu-Yorkla yolun yarısında, Qudzon çayının sahilində mənzərəli rayonda yerləşən valideynlərinin mülkü olan Hayd-parkda keçirmişdir.
Atası və anası xarici dilləri, tarixi və incəsənəti öyrənməyə cəlb etmək üçün yeganə oğullarını özləri ilə tez-tez Avropa səfərlərinə götürürdülər.
On dörd yaşına qədər Franklin müəllimlərlə evdə məşğul olurdu. Fransız və alman dillərini öyrənirdi, tarix və incəsənət haqqında çox kitab oxuyurdu. O, qısa müddətdə marka kolleksiyası yığmağa həvəsləndi, dəniz səyahətləri etmək xəyalına düşdü, yaxtada üzməyi sevdı.
1896-cı ildə valideynlərı oğullarını Bostonun yaxılığındakı Qrotonda yerləşən xüsusi aristokrat məktəbinə verirlər. Proqrama latın, yunan, fransız, alman dilləri və tarix daxil idi. Franklin çox sayda mənəvi, məsələn: pisliklə kompromissə getməmək, səmimi əmək sevərliyə və sağlam biliklərə malik olmaq prinsiplərinə yiyələnir.
Harvard universitetində təhsil
1900-1903-cü illərdə Ruzvelt Harvard universitetinin tələbəsi idi. O, ingilis və fransız ədəbiyyatı, latın dili, tarix, natiqlik məharəti, hüquq, iqtisadiyyat və digər kursları seçmişdi. Oxuduğu illərdə tələbə qəzeti ilə aktiv əməkdaşlıq edirdi, onun baş redaktoru olmuşdu, “Burlara yardım fondunun” təsisçiləri sırasına daxil idi.
O, 1903-cü ildə Harvardı bitirir və bakalavr diplomu alır. Növbəti il o, Kolumbiya universitetinin hüquq məktəbinə daxil olur.
Ailə məsələləri
1905-ci ildə o, Eleonora Ruzveltlə evlənir (onun beşinci nəslindən olan əmiqızısı, 1901-1909-cu illərdə ABŞ prezidenti olan respublikaçı Teodor Ruzveltin qardaşı qızı). Franklin qohumuna şəxsi rəğbət hiss edirdi, tez-tez onunla məsləhətləşirdi, Ağ evdə olurdu. Sonradan öz siyası həyatını demokratik partiya ilə bağlamasına baxmayaraq, o T. Ruzveltlə dostluq münasibətlərini qoruyub saxlayırdı.
İctimaiyyətin xüsusi diqqəti altında olan Franklin Ruzveltin ailəsi, həyat yoldaşı, qızı, dörd oğlu, ataları və ərinin həyatı üçün çətinliklər, sevinclər və həyəcanlar yaşamışdılar.
Eleonora Ruzvelt ABŞ tarixinə ancaq prezidentin həyat yoldaşı kimi deyil, həmçinin görkəmli ictimai xadim kimi daxil olmuşdur. Şahidlərin təsdiq etdiklərinə görə o əriniin “gözləri və qulaqları” idi, seçki kampaniyalarında iştirak edirdi, demokratik partiyada birliyi gücləndirməyə kömək edirdi, Amerika və xarici mətbuatda məqalə və kitablarla çıxış, qadın hərəkatının inkişafına yardım edirdi.
1907-ci ildə Franklin Ruzvelt hüquq məktəbini bitirir. Buraxılış imtahanlarını vemədiyi səbəbindən diplom almır. O, Nyu-Yorkun hüquq şirkətlərinin birinə praktikant kimi qəbul olunur. Məhkəmədə iş aparırdı və təbiidir ki müxtəlif insanlarla görüşürdü, konflikt vəziyyətlərlə rastlaşırdı.
Siyası səhnədə debütü
1910-cu ildə demokratik partiyanın nümayəndələrindən biri yeni başlayan hüquqşunasa Nyu-York ştatının qanunverici məclisinə (legistraturaya) öz namizədliyini verməsini təklif etmişdi. Ruzvelt çox böyük enerji ilə onun üçün yeni olan işə girişdi. Səhərdən axşama qədər o öz dairəsini gəzib dolanırdı, seçicilərlə görüşürdü. Əvvəl respublikaçılara rəğbət bəsləyən fermerlərə xüsusi diqqət yetirirdi. Onlarla tədricən ümumi dil tapırdı. Siyası debüt uğurlu keçdi.
1913-cü ildə Ruzveltin otuz yaşı var idi. Prezident V. Vilson (demokrat) onu ABŞ-ın hərbi-dəniz donanması nazirinin müavini təyin etdi. Birinci dünya müharibəsi ərəfəsində və onun gedişi zamanı yeddi il yarım ərzində ən gərgin vaxtlarda o, ABŞ-ın hərbi dəniz donanmasının gücləndirilməsi ilə məşğul olurdu. Tapşırılan işlərə maraqla və enerji ilə qatılırdı, çox ştatların siyasi və işgüzar dairələri ilə əlaqələr yaradırdı.
1918-ci ilin yayında xaricdə yerləşən hərbi-donanma bazaları və döyüş yerlərinə uzun müddətli səfər etmişdir.
Nazirin gənc müavini gəmiqayıranlar arasında və eləcə də peşəkarlar arasında tez bir zamanda hörmət qazanmışdır, esmineslərin konvoyda keçirilməsi qaydasını mənimsəmişdir, iki dəfə döyüşən orduya göndərilməsinə xahişlə müraciət etmişdir.
ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizəd
1920-ci ildə demokratik partiyanın konventində Ruzvelt ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizəd irəli sürülmüşdür. Gənc siyasətçi öz fikirlərini çıxışlarının birində belə ifadə etmişdir: “Biz pulun siyasətə təsirinin əleyhinəyik, biz dövlət maliyyəsinə xüsusi şəxslərin nəzarətinin əleyhinəyik, biz insanla əmtəə kimi davranışın əleyhinəyik, bizi ac qoyan əmək haqqının əleyhinəyik, biz qrupların və dəstələrin hakimiyyətinin əleyhinəyik”.
Aktiv mövqeyə baxmayaraq demokratlar seçkiləri uduzdular. Onların rəqibləri hələ müharibədən sonrakı istehsal artımının müvəffəqiyyət işıqlarında üzürdülər. Seçkilərdən sonra Ruzvelt Nyu-Yorkun iri maliyyə şirkətlərinin birində vitse-prezident vəzifəsini tutdu.
Xəstəlik və siyasi fəaliyyətə qayıdış
1921-ci ilin avqustu Ruzveltə, onun ailəsi və tərəfdarları üçün faciəli oldu. Yaxtada yay istirahəti zamanı o soyuq suda çimmək qərarı verdi. Geri qayıtdıqdan sonra özünü pis hiss etdi və ayaqları işləmədi. Həkimlərin poliomielit diaqnozunu təyin etmələrinə qədər bir neçə gün keçdi.
Yaxınlarının şahidliklərinə görə, Ruzvelt gündəlik fiziki məşğələlərdə dəmir iradə və çox böyük qüvvə nümayiş edirdi.
Ruzvelt dostlarından ABŞ-ın cənubunda Corciya ştatında sahibsiz Uorm-Sprinq (“Qaynar bulaq”) kurortunun olması haqqında eşitmişdi. Orada o xəstələr üçün kurort təşkil etdi, özünə isə balaca bir ev tikdi. Çox saylı məşğələlərin nəticəsində Ruzvelt “Qaynar bulağın” suyunda dayana bilirdi. Lakin sərbəst gəzmək arzusu həyata keçmədi. Onun ayaqlarına xüsusi ortopedik mexanizmlər quraşdırdılar və ağır əsanın və oğullarının birinin köməyi ilə o arabasız hərəkət edə bilirdi.
Ətrafdakılar onun xəstə olduğunu hiss etmirdilər. O aktiv, ünsiyyət üçün sadə olaraq qalırdı, özünə nə işində, nə insanlarla görüşdə heç bir güzəşt etmirdi.
Biznes işi ilə bərabər Ruzvelt müxtəlif ictimai vəzifələr daşıyırdı. Onun hörmətinin artmasını başa düşmək üçün onları sadalamaq kifayət edər: Harvard universitetinin Nəzarət şurasının üzvü, hərbi-dəniz klubunun Prezidenti, böyük Nyu-Yorkun boyskaut klubunun Sədri, Vudro Vilson Fondunun təsisçilərindən biri, Yaxın Şərq ölkələrinə yardım Komitəsinin üzvü, Amerika coğrafiya cəmiyyəti Şurasının üzvü və sair.
Nyu-York ştatının qubernatoru
1928-ci ildə demokratik partiyanın liderləri Ruzvelti Nyu-York ştatının qubernatoru vəzifəsinə namizədliyinin verilməsini təklif etdilər. Seçkilərdə Ruzvelt 25 min səs üstün olmaqla qalib gəldi.
Prezident seçkilərində isə respublikaçılar birinci idilər. Onlar Konqresdə və ölkənin çox sayda ştatlarında lider mövqe tutdular. Nyu-York yeni yanaşmanın konturları hazırlanan demokratlar adası olaraq qalırdı. Qubernator gülərüzlülük, inad, vədlə işin birləşməsini nümayiş edirdi. O özü üçün seçicilərlə birbaşa ünsiyyətdə olmaq üsulunu seçmişdi. Həyat yoldaşı ilə birlikdə müntəzəm olaraq ştatda səfərlər edir, fermerlərlə görüşürdü, müəsissələrdə, məktəblərdə, xəstəxanalarda olur, sakinlərlə danışırdı, onların xahişlərinə qulaq asırdı, onların suallarına cavab verirdi.
Nyu-Yorkun ikinci müddətə qubernatoru
1930-cu ildə Ruzvelt Nyu-York ştatının qubernatoru vəzifəsinə ikinci müddətə 725 min səslə əhəmiyyətli üstünlük təşkil edərək seçilir.
Vəzifə icrasına başlayarkən Ruzvelt yaxın zamanda prakitiki hərəkətlərə çevrilən arzusunu elan etdi: “Hökumətin vəzifələrindən biri əlverişsiz hadisələrin qurbanı olan, hətta yaşayış üçün ən zəruri olanı başqalarının köməyi olmadan almaqdan məhrum olmuş öz vətəndaşlarının qayğısını çəkməkdən ibarətdir. Bu vəzifələr hər bir sivil ölkədə qəbul edilir.
Bu bədbəxt vətəndaşlara yardım hökumət tərəfindən sədəqə şəklində verilməməlidir, bu yardım ictimai borcun yerinə yetirilməsi şəklində yerinə yetirilməlidir”.
Onun ən birinci qəbul etdiyi qərarlardan biri, 1931-ci ilin avqust ayında Nyu-Yorkda Müvvəqəti fövqəladə yardım administrasiyasının yaradılması idi. Onun fəaliyyətinə 20 mln dollar vəsait ayrılmışdı.
İdarə etməyə yeni insanların, müxtəlif sahələrin mütəxəssislərinin çəlb edilməsi zərurəti yaranmışdı. Ruzvelt, özünün “zehni aparatını” təşkil edən Kolumbiya (Nyu-York) və Harvard universitetinin bir sıra professorlarına, hüquqşunaslara, iqtisadçılara, kənd təsərrufatına bələd olanlara müraciət etmişdir.
Ruzveltin bioqrafları onun 7 aprel 1932-ci ildə milli radio ilə çıxışını xüsusilə qeyd edirlər. Qubernator deyirdi: “Bizim ağır yaşadığımız zamanda bizə sosial piramidanın binövrəsində olan, unudulmuş insana ümid bəsləyən planlar lazımdır”.
Bu artıq ancaq Nyu-York şəhərində deyil, bütün ölkədə işlərin yaxşılaşmasına sifariş idi.
“Böyük depressiya”
Həddindən artıq istehsal böhranı ölkədə vəziyyətin kəskin pisləşməsinə gətirdi. Republikaçıların prezidenti Quver hesab edirdi ki, “az idarə edən hökumət daha yaxşıdır”. Həddindən artıq istehsal şəraiti də, birja və bank əməliyyatlarında kütləvi spekulyasiyalar daha çox yayılaraq ölkəni dolaşdırırdı.
24 oktyabr 1929-cu il “qara cümə axşamı” oldu. Fond birjasında panika idi. Səhmlərin məzənnələrinin düşməsindən itkilər 10 mlrd dollardan artıq təşkil etdmişdi.
Zəncirvari reaksiya baş verdi. 1932-cu ildə sənaye istehsalı 1929-cu ilin istahsal səviyyəsinin ancaq 50% təşkil etdi. Minlərlə müəssisələr bağlanırdı. 130 min biznesmen iflasa uğradı, korporativ gəlirlər 60% aşağı düşdülər. Avtomobil alanların sayı 75% azaldı. Banklar 2,5 mlrd dollar ziyana məruz qaldılar. Qiymətlərin enməsi və alıcılıq qabiliyyətinin kəskin azalması səbəbindən fermerlərin borcları 12 mlrd dollar həcmində qiymətlənirdi. Minlərlə fermer təsərrüfatları xaraba qalmışdı. İşsizliyin artımı sürətləndi: 1929-cu ildə 3%, 1930-cu ildə 9%, 1933-cü ildə 25% (12 mln.-dan çox insan).
2,5 mln nəfər sığınacaqsız qaldı. İşsizlərin və acların marşları başladı. Depressiyanı “böyük” adlandırdılar. Ölkə maliyyə, iqtisadi və sosial iflasa doğru hərəkət edirdi.
Çıxış haradadır?
Çox sayda amerikalılar və demokratik partiayanın siyasi xadimləri üçün aydın idi ki: F. D. Ruzvelt ABŞ prezidenti vəzifəsinə ən yaxşı namizəddir. Məhz o dörd il ərzində ölkəni parçalayan böhranın qarşısını ala bilər.
Onun seçki qabağı “Yeni yol” şuarı da cəlb edici idi. O, həddindən artıq istehsal şəraitindən istehsalatın bərpasının nizamlanması prosesinə keçməkdə, işsizlik məsələsini həll etməkdə, fermerlərə, evsizlərə yardım göstərməkdə, birjaçıların, bankirlərin spekulyativ yönəlmələrinin qarşısını almağın lazım gəlməsində, qiymətlərin enməsinin qarşısını almaq və əhalinin alıcılıq qabiliyyətinin bərpasında hökumətin nizamlayıcı rolunun lazım olduğuna əsaslanırdı.
“Yeni yolun” çox elementləri zamanın çağırışına cavab kimi meydana çıxırdı, digərləri sınaqları təcrübədə keçərək eksperimental xarakter daşıyırdılar. Çox sayda ictimai işlər, təbiətin qorunması üçün mülki korpus, sosial təminat sistemi, istehsalatda vicdanlı rəqabət kodeksı və sair kimi yeniliklər qəbul edilirdi. Bəzi qanunlar konqresmenlərin təşəbbüsü ilə hazırlanırdılar və prezidentin razılığını alırdılar.
Amerika Birləşmiş Ştatlarının Prezidenti
1933-cü ilin prezident seçkiləri zamanı Ruzvelt böyük səs çoxluğu əldə etmişdi. Onun lehinə 22,8 mln. adam səs vermişdi (Q. Quver 15,7 mln.). O, ABŞ-ın 32-cı prezidenti oldu.
Qələbə, baş vermiş bir xoşagəlməz hadisə ilə hamənə pərişan etdi. 15 fevral 1933-cü ildə onun Florida ştatının Mayami şəhərinin əhalisi ilə görüşü oldu. Görüşdə olanların biri yanında Çikaqonun meri Çermak olan Ruzveltə atəş açdı. Axırıncı ölümcül yara alır, daha dörd nəfər isə ziyan çəkir. Atəş açan tutulur. Bu İtalyan mənşəli işsiz bənna Zantara idi, o Q. Quveri öldürmək istədiyini etiraf etmişdir, lakin onun olmadığı səbəbindən Ruzveltə atəş açmışdır. Çermakı öldürdüyü səbəbindən cani elektrik stulunda edam edilmişdir.
Soyuq, tutqun hava olduğu 1933-cü il 4 mart günündə vəzifəsinin icrasına başlayan zaman Kapitoliyin divarları önündə 100 min toplanmış amerikan dostlarına Ruzvelt bu sözlərlə müraciət etdi: “Həqiqəti demək vaxtı gəldi, bütün həqiqəti açıq və cəsarətlə. Eləcə də bizə ölkəmizin olduğu vəziyyət haqqında düzgün qiymət verilməsindən boyun qaçırmaq yaraşmaz…”.
Bizim yeganə qorxacağımız qorxunun özüdür, geri çəkilməni irəli getməklə əvəz edən qüvvələrin iflic olması vəziyyətinə gətirən ağılısız, simasız, əsassız dəhşətdir.
Prezidentin ölkədə ağır vəziyyətə gətirənlər: səriştəsiz bankirlər, vəsaitlər seçimində heç bir fərq qoymayan sələmçilər haqqında dedikləri toplaşanlar tərəfindən razılıqla qarşılandı. “Əmtəə mübadiləsi rəhbərləri öz tərsliklərindən , qabiliyyətsizliklərindən işi korladılar, öz müvəffəqiyyətsizliklərini etiraf etdilər və bizim sivilizasiya məbədində tutduqları yüksək vəzifələri qoyub qaçdılar”.
Ruzvelt amerikalıları təxirə salınmadan fəaliyyət göstərməyə, bir birindən asılı olmaq anlayışını dərk etməyə çağırdı. Sadəcə almaq yox, verməyi də bacarmaq lazım olduğunu öyrətdi.