15 C
Baku
Thursday, May 9, 2024

Fransa – dünyanın ən çox ziyarət edilən ölkəsi

Fransa yenidən dünyanın ən çox ziyarət edilən ölkəsinə çevrildi. Belə ki, ölkəni 2013-cü il ərzində 85 milyon turist ziyarət edib. Bu haqda məlumatı isə Fransanın Turizmin inkişafı agentliyinin sədri Kristian Mantei vermişdir.

O bildirmişdir: “Fransa 2013-cü il ərzində 85 milyon turist qəbul etmişdir və bu ondan əvvəlki il ilə müqayisədə 6% çoxdur. Biz yenidən dünyanın ən çox ziyarət edilən ölkəsi statusuna nail olduq. Bu yaxşı göstəricidir. Lakin bizim indiki əsas məqsədimiz hələ ki, turistlərin olmadığı regionlarda əcnəbi turistlərin sayını artırmaqdır. Məsələn, nəhəng turizm potensialına sahib Fransanın mərkəzi Overndə. Burada əcnəbi turistlərin sayı ümumi turist faizinin cəmi 15%-ni təşkil edir”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər