16 C
Baku
Sunday, April 21, 2024

Fransa Prezidenti Əlcəzairə rəsmi səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron iki ölkə arasında münasibətləri gücləndirmək üçün Əlcəzairə rəsmi səfər edəcək.

Bu barədə Yelisey sarayı Makronun Əlcəzair Prezidenti Abdelmajid Tebbun ilə telefon danışığından sonra məlumat verib.

Qeyd olunub ki, Fransa prezidenti Emmanuel Makronun Əlcəzairə səfəri uzunmüddətli perspektivdə ikitərəfli əlaqələri və regional problemlər qarşısında Fransa-Əlcəzair əməkdaşlığını gücləndirəcək.

Qeyd edək ki, 2021-ci ilin mart ayında Yelisey Sarayı yarım əsrdən çox yaşı olan dövlət arxivlərinin məxfilikdən çıxarılması qərarını elan edib. Bu, Əlcəzairdəki müharibə dövrünə aid sənədlərə də aiddir. Sentyabr ayında E. Makron bəyan etmişdi ki, hakimiyyət 1954-1962-ci illərdə Fransanın tərəfində Əlcəzairdə döyüşmüş Harki milisləri üçün “tanınması və təzminatı” haqqında qanun hazırlayır. Makron həmçinin, 1961-ci il oktyabrın 17-də əlcəzairli nümayişçilərə qarşı polis əməliyyatının qurbanlarını yad etmişdi.

 

 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər