9 C
Baku
Friday, December 13, 2024

Fransa prezidenti 3 ay ərzində makiyaja 26 min avro xərcləyib

Fransa prezidenti Emmanuel Macron 3 ay ərzində vizajist xidmətlərinə 26 min avro sərf edib. Banker.az saytı bu barədə Fransanın Le Point nəşrinə istinadən xəbər verir. 

“Görünür, Emmanuel Macron öz vizajistinə çox bağlıdır. Belə ki, prezident onun Yelisey sarayında qalmasını arzu edib” – verilən məlumatda qeyd olunur.

Məqalədə həmçinin deyilir ki, bütün hallarda cəlbedici görünmək vacibdir. Lakin bu bahadır və Macronun xərcləri açıq-aydın ortadadır. Jurnalistlər respublika rəhbərinin 10 və 16 min avro dəyərində xərcini nümayiş etdirən iki hesab aşkar edib.  

Belə aydın olur ki, vizajistin adı Nataşadır və o seçki qabağı kampaniya zamanı da Macronla işləyib.

Fransanın daha öncəki prezidenti Fransua Olland isə öz saç ustasına hər ay 9895 avro ödəyirdi. Bu hadisə keçən il ölkədə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi və istifadəçilər bu məbləği Fransa hökumət üzvlərinin 9940 avro həcmində olan əmək haqqısı ilə müqayisə etmişdi.  

Qeyd edək ki, 39 yaşlı Emmanuel Macron 14 may 2017-ci ildə ölkə rəhbəri seçilərək V respublika tarixinin ən gənc prezidenti adını qazandı.

Son xəbərlər
Digər xəbərlər