23 C
Baku
Wednesday, June 26, 2024

Fransa prezidenti Makron növbədənkənar parlament seçkiləri təyin edib

Fransa prezidenti Emmanuel Makron Fransa Milli Assambleyasının buraxıldığını elan edib.

Makron Fransa Milli Assambleyasının buraxıldığını elan edərək 30 iyun tarixinə birinci, 7 iyul tarixinə isə ikinci tur olmaqla Assambleyanın növbədənkənar seçkilərini təyin edib.

Əldə olunan mənumata görə bundan əvvəl Fransada Avropa Parlamentinə (AP) seçkilərdə qalib gələn Milli Mitinq partiyasının lideri Jordan Bardella Makronu Fransa parlamentinə növbədənkənar seçkilər təşkil etməyə çağırıb.

Qeyd edək ki, Milli Assambleya Fransa parlamentinin aşağı palatasıdır. Assambleyanın deputatları qanunların müzakirəsi və qəbulu, habelə zəruri dəyişikliklərin edilməsi ilə məşğuldurlar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər