7 C
Baku
Thursday, December 12, 2024

Fransa rusiyalı oliqarxın 23 milyonluq villasını müsadirə etdi

Fransa məhkəməsi ilk dəfə olaraq sanksiyaya məruz qalmış rus oliqarxına məxsus daşınmaz əmlakın müsadirə edilməsinə icazə verib.

Bu barədə “Le Monde” nəşrinin məlumatına görə, bu, digər əmlakların da müsadirə edilməsi yolunda ilk addım ola bilər.

Söhbət “Maqnitoqorsk Metallurgiya Zavodu”nun sahibi Viktor Raşnikovun Sen-Jean-Kap-Ferratda 23 milyon avro dəyərində villasından gedir.

Malikanəyə 2022-ci ilin oktyabrında Paris Prokurorluğunun Milli Mütəşəkkil Cinayətkarlıq Yurisdiksiyasının hakimlərinin tələbi ilə həbs edilib. Ümumiyyətlə, rusiyalı oliqarx 2022-ci il martın 15-də sanksiyalara məruz qaldıqdan sonra rəsmi olaraq Raşnikovla əlaqəli üç daşınmaz əmlak dondurulub – Fransa Rivierasında və Parisdə.

Son xəbərlər
Digər xəbərlər