6 C
Baku
Sunday, December 15, 2024

Fransa səfiri Rusiya XİN-ə çağırılıb

Fransanın Moskvadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Səfiri Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko qəbul edib. Ona rəsmi Moskvanın etirazları çatdırılıb.

“Fransanın Moskvadakı səfiri Pyer Levi oktyabrın 6-da Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya Federasiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko, Fransa və digər Qərb ölkələrindən Ukraynaya göstərilən hərbi-texniki dəstəklə bağlı onunla danışıb. Ona  Fransanın Ukraynaya verdiyi dəstəkdən Rusiyanın narahat olduğu bildirilib. Fransanın Ukrayna ordusunun təlimi üçün xüsusi proqramlar hazırlaması pislənib. Paris hakimiyyətinin bu xəttinin Ukraynadakı problemin sülh yolu ilə həllinə zidd olduğu bildirilib”, – Rusiya XİN-in rəsmi məlumatında qeyd edilib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər