Fransanın Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Rusiya XİN mətbuat xidməti məlumat yayıb.
Rusiya XİN-in bəyanatında həmçinin deyilir ki, Parisin Rusiyadan olan jurnalistlərə qarşı ayrı-seçkiliyə görə üzr istəməkdən imtina etməsi Fransanın Rusiya mediasına münasibətdə ayrı-seçkilik siyasətinə sadiqliyini nümayiş etdirir.