1 C
Baku
Saturday, December 14, 2024

Fransa “sağlamlıq pasportları”nın tətbiqinə başlayıb

Fransa peyvənd olunmayan vətəndaşlara qarşı bir sıra məhdudiyyətlər tətbiq edir. Bildirilir ki, yaxın vaxtlarda ölkədə peyvənd olunmayan şəxslər “sağlamlıq pasportu” olmadan kafe, restoran, istirahət müəssisələri, təyyarələr və qatarlar daxil olmaqla, digər nəqliyyat vasitələrinə buraxılmayacaqlar.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Ölkə prezidenti Emmanuel Makronun sözlərinə görə, vaksinasiya – koronavirusun delta ştammının sürətlə yayıldığı şəraitdə normal həyata qayıtmağın yeganə yoludur. Yeni tədbirlərə həmçinin tibb işçilərinin məcburi vaksinasiyası da daxildir.

“Kütləvi vaksinasiya olmadığı təqdirdə, koronavirusun delta ştammı bütün səyləri məhv edəcək. Fransızları vaksinasiya etmək – normal həyata qayıtmağın yeganə yoludur. Bizim məqsədimiz vaksinasiya səfərbərliyidir”, – deyə prezident bildirib. O, ölkədə əhalinin vaksinasiyasını maksimum dərəcədə sürətləndirmək üçün tətbiq ediləcək bir sıra tədbirlərin adını çəkib.

Məsələn, “sağlamlıq pasportu” onlardan birinə aid olunur. “Sağlamlıq pasportu” – sahibinin koronavirus testindən keçdiyini, peyvənd olunduğunu və ya bu yaxınlarda koronavirusa yoluxub sağaldığını təsdiq edən sertifikatdır. İyulun 21-dən etibarən istirahət və mədəniyyət müəssisələrində, avqustun 1-dən isə barlar, restoranlar, kafelər və ticarət mərkəzlərinə daxil olmaq üçün “sağlamlıq pasportu” tələb olunacaq.

Son xəbərlər
Digər xəbərlər