Fransa XİN senatın Dağlıq Qarabağla bağlı qalmaqallı qərarına münasibət bildirib.
TASS-ın məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyi yanında dövlət katibi Jan-Batist Lemuan danışıb.
O, bildirib ki, Qarabağın təktərəfli qaydada tanınması heç kimə fayda verməyəcək və vasitəçilik səylərinə xidmət etməyəcək. Dövlət katibi bildirib ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədridir və 9 noyabrda tərəflərin atəşkəslə bağlı razılaşmasının yerinə yetirilməsi mövqeyindən çıxış edir.
Xatırladaq ki, Fransa senatında qəbul edilmiş qətnamə tövsiyə xarakteri daşıyır və hökumət tərəfindən yerinə yetirilməsi mütləq deyil.